Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Zaqatalada Mahir Emrelinin dayısı oğlunun – 37 yaşlı Sabit Ağayevin meyiti tapılıb. Belə ki, o, srağagün 23.00 radələrində Aşağı Tala kəndində ("Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da həmin kənddəndi - red.) yarımçıq tikilidə özünü asaraq intihar edib.Mərhumun vaxtilə futbolla da məşğul olduğunu nəzərə alıb? "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədova bu suallarla müraciət etdik: Sabit Ağayevi tanıyırsızmı? Futbolla bağlı fəaliyyəti haqda nə bilirsiz? İntiharın səbəblərindən xəbərdarsız?
"Bəli, onu çox yaxşı tanıyıram. Birlikdə futbol oynamışıq. "Simurq"un əvəzedici və U-19 komandasının formasını geyib. Çox tərbiyəli, mərifətli, böyük-kiçik yeri bilən adam idi. Həmişə gülərüz olurdu. Baş verən hadisə hamımızı kədərləndirdi. Təəssüf ki, səbəbini bilmirəm. Hər nə idisə, kaş dost-tanışa, dəstək ola biləcək şəxslərə deyəydi. Həyatda ölümdən başqa hər şeyə çarə var. Allah günahlarını bağışlasın. İnanmıram ki, kimsə onun haqda mənfi nəsə desin. Çox məyusuq".
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.