EN

Standartlar və oyun dəyişən əvəzetmələr

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Zirə” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. Şamaxıda “Karvan-Yevlax”la üz-üzə gələn “qartallar” iki dəfə geri düşdüyü oyunda yekunda üç xal əldə edən tərəf olub.

Oyunboyu üstün tərəf kimi çıxış edən “Zirə” ilk hissədə imkanlardan yararlana bilmədi. Əvəzində sürətli əks-hücumdan sonra hesabı “Karvan-Yevlax” açdı. Qoldan sonra fasiləyə qədər hesabı bərabərləşdirmək imkanı olan qəsəbə klubu son zərbələrdə uğursuz oldu.

İkinci hissəyə basqılı başlayan, daha sonra standart vəziyyətdən hesaba tarazlıq gətirən “Zirə” ardında yenə əks-hücumda yaxalandı. Bu dəfə “Karvan-Yevlax”ın futbolçusu Kayl Spens gözəl keçidlə komandasını önə keçirdi. “Karvan-Yevlax” əks-hücumlarda nə qədər yaxşıdırsa, standart vəziyyətlərdə bir o qədər pisdir. “Zirə”nin iki qolu məhz standartdan sonra vuruldu.

İkinci hissədə Boqomolsi, Martins, Mikels kimi hücum oyunçularını oyuna daxil edən Sadıqov irəlidə effektliyi daha artırdı. Boqomolski əvəzetmələr arasında ən zəif çıxış edəni oldu. Martins qol vurmağa cəhdlər etdi, Mikels isə bərabərlik topunun müəllifi oldu. Oyunun sonlarında standart vəziyyətdən sonra fərqlənən “Zirə” ardıcıl ikinci qələbəsini qazandı.

“Karvan-Yevlax”da isə işlər qaydasında getmir. Komanda 8 turdur, qələbə qazana bilmir. Gedişat baş məşqçi Azər Həşimov üçün təhlükə siqnalları verir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
futbolpress.az

1Sources