“Çelsi” “Qarabağ”la UEFA Çempionlar Liqası oyunu öncəsi İngiltərə Premyer Liqasında 10-cu tur matçına çıxıb.
QOL.az xəbər verir ki, Enzo Mareskanın komandası səfər matçında “Tottenhem”ə qalib gəlib - 1:0. Yeganə qolu 34-cü dəqiqədə Joao Pedro vurub.
Bu qələbə sayəsində “zadəganlar” turnir cədvəlində 5-ci pilləyə yüksəliblər - 10 oyundan 17 xal.
Xatırladaq ki, “Qarabağ” - “Çelsi” matçı noyabrın 5-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlanacaq.