EN

12-ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş... - VİDEO

APA-nın məlumatına görə, oğlan sözügedən binada yaşamayıb.

O, binaya hazırlığa gəlirmiş.

***

Hadisənin “Kristal Abşeron” yaşayış kompleksində baş verdiyi müəyyən edilib.

Belə ki, 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymur oğlu ehtiyatsızlıq səbəbindən hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

14:30

Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.

"Cebheinfo.az" “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.

İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.

Nəticədə o, hadisə yerindəcə vəfat edib.

"Cebheinfo.az" 

Chosen
36
6
cebheinfo.az

7Sources