Türkiyəli aktrisa Dəniz Uğurla keçmiş həyat yoldaşı Reha Muhtar arasında olan məhkəmə başa çatıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakim onların əkiz uşaqlarının qəyyumluğunu atadan alaraq, aktrisaya verib.
Qeyd edək ki, cütlüyün övladı Mina daha öncə məhkəmədə atasının ona şiddət göstərdiyini bildirmişdi.