Xırdalan şəhərində 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Redaktor.az report-a istinadla bildirir ki, hadisə şəhərin "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.
2010-cu il təvəllüdlü yeniyetmə ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.