AZ

Xırdalanda 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb

Xırdalan şəhərində 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.

2010-cu il təvəllüdlü İ.Quliyev ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
35
9
far.az

10Mənbələr