Salyanda məktəbli bədbəxt hadisə nəticəsində həyatını itirib. 
Moderator.az “Unikal”a istinadən xəbər verir ki, rayonun Plasmas yaşayış massivində avtomobil məktəbli qızı vurub. 
Ağır bədən xəsarətləri alan 8 yaşlı İ.Nazlı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o, ötən gün həyatını itirib.