EN

Kosmosa siçanları da göndərdilər Yarım il qalacaqlar

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Çin “Şençjou-21” pilotlu kosmik gəmisini uğurla kosmosa çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sinxua” məlumat yayıb.

“Şençjou-21” in göyərtəsində üç astronavtdan ibarət ekipaj və qeyri-adi yük - dörd siçan var. Raket daşıyıcısının göyərtəsində buraxılan kosmik gəmi Çinin “Tiangong” orbital stansiyasına doğru hərəkət edir.

“Long March 2F” daşıyıcı raketi Çinin şimal-qərbindəki “Jiuquan” peyk buraxılış mərkəzindən buraxılıb. Ekspedisiyanın “Tiangong” stansiyasında altı ay qalacağı gözlənilir və bu müddət ərzində çinli alimlər 27 yeni tətbiqi elmi layihə həyata keçirməyi planlaşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
2
qafqazinfo.az

4Sources