AZ

Astronavtlarla birgə 4 siçan da kosmosa göndərildi

Çin “Şençjou-21” pilotlu kosmik gəmisini uğurla kosmosa çıxarıb.

Bu haqda “Sinxua” məlumat yayıb.

“Şençjou-21” in göyərtəsində üç astronavtdan ibarət ekipaj və qeyri-adi yük - dörd siçan var. Raket daşıyıcısının göyərtəsində buraxılan kosmik gəmi Çinin “Tiangong” orbital stansiyasına doğru hərəkət edir.

“Long March 2F” daşıyıcı raketi Çinin şimal-qərbindəki “Jiuquan” peyk buraxılış mərkəzindən buraxılıb. Ekspedisiyanın “Tiangong” stansiyasında altı ay qalacağı gözlənilir və bu müddət ərzində çinli alimlər 27 yeni tətbiqi elmi layihə həyata keçirməyi planlaşdırırlar.

"Cebheinfo.az" 

Seçilən
1
2
cebheinfo.az

4Mənbələr