EN

Səhnədə pərəstişkarına ayaqqabısını bağlatdırdı - VİDEO

Məşhur türkiyəli müğənni Kenan Doğulunun son konsertində maraqlı və səmimi anlar yaşanıb. Səhnədə çıxışı zamanı sənətçinin ayaqqabısının bağları açılıb. Bu vəziyyəti görən ön sıradakı bir pərəstişkarı Doğulunun ayaqqabısının bağlarını bağlayıb.

Milli.Az xəbər verir ki, Kenan Doğulu səhnədə mahnı oxuduğu anda ayaqqabısının bağının açıldığının fərqinə varmayıb. Pərəstişkarı isə müğənninin yıxılmaması üçün irəli əyilərək onun ayaqqabısının bağlarını bağlayıb.

Bu səmimi jest qarşısında Kenan Doğulu pərəstişkarına təşəkkür edib və həmin anı zarafatla qarşılayıb.

Lalə Qüdrətova
Milli.Az

Chosen
41
50
milli.az

10Sources