AZ

Röyanın illər öncəki VİDEOsu yayıldı

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Röya Ayxanın illər öncə televiziya efirində mahnı ifa etdiyi arxiv videosu sosial şəbəkələrdə yenidən gündəm olub.

Milli.Az xəbər verir ki, görüntülərin ATV telekanalında yayımlanan Zaur Baxşəliyev və Nanə Ağamalıyevanın birgə apardığı verilişin arxivindən olduğu aydın olub. Kadrlarda gənc Röyanın səhnədə canlı ifası və sadə, səmimi çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

İzləyicilər sosial mediada sənətçinin həmin dövrlərdəki enerjisinə və səsinin gücünə heyranlıqlarını ifadə ediblər. Bir çoxları Röyanın illər keçsə də, sənətinə və səhnə performansına olan sevgisini qoruyub saxladığını vurğulayıb.

Hazırda videonu bir çox sosial media səhifələri paylaşıb və görüntülər qısa zamanda minlərlə baxış toplayıb.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
news.milli.az

10Mənbələr