EN

Hikmət Hacıyev: Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsi…

Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb.

Ulusal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb. Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır”, – deyə o qeyd edib.

Chosen
8
11
moderator.az

10Sources