EN

Vens: ABŞ vaxtaşırı nüvə silahlarını sınaqdan keçirməlidir

BAKI, 30 oktyabr. TELEQRAF

Birləşmiş Ştatlar vaxtaşırı nüvə silahı sınaqları keçirməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezident J.D.Vens bildirib.

"Bizim böyük arsenalımız var. Aydındır ki, rusların da böyük nüvə arsenalı var. Çinlilər də bunu edir. Bəzən onundüzgün işlədiyinə əmin olmaq üçün sınaqlar keçirmək lazımdır", - Vens deyib.

Oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp “digər nüvə güclərinin” hərəkətlərini əsas gətirərək Pentaqona dərhal nüvə sınaqlarına başlamağı əmr edib.

Qərar Rusiya prezidenti Vladimir Putinin “Burevestnik” nüvə mühərrikli qanadlı raketinin sınağını elan etməsindən sonra verilib.

ABŞ 1992-ci ildən bəri belə bir sınaq keçirməyib.

Chosen
29
1
teleqraf.com

2Sources