BAKI, 30 oktyabr. TELEQRAF
Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Vahid oğlu Rzayevə qarşı irəli sürülən ittihamlar açıqlanıb.
Teleqraf-ın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün vəzifəsindən azad edilən İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi üzrə ittiham irəli sürülüb.
Belə ki, o, 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan İslam Rzayev Bakıya gətirilib.
Onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
 
                        