Türkiyənin Quru Qoşunları Komandanlığı modernləşdirilmiş M60T tanklarını inventarına daxil edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Bundan başqa, “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilən müxtəlif çap və sayda silah-sursat da Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb.
Qeyd edək ki, Quru Qoşunlarına məxsus M60T tanklarını ASELSAN şirkəti modernləşdirilir. Şirkət modernləşdirilmiş ilk M60T tankını 2024-cü ilin fevralında Quru Qoşunlarına təhvil verib.