EN

"Xəstəxanalarda növbə terminalları quraşdırılıb"

Xəstəxanalardakı növbə problemlərinin aradan qaldırılması üçün müntəzəm iş aparılır.

FED.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ("Medinex 2025") jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı keçirilən ciddi islahatlar hazırda növbə problemlərinin həllinə yönəlib:

"Müraciətlərin sayının artması ilə əlaqədar növbələr yaranır. Növbələrin aradan qaldırılması məqsədilə işlər görülür və tibb müəssisələrində növbə terminalları quraşdırılıb".

V.Qurbanov bildirib ki, Azərbaycanda yeni tibb müəssisələri istifadəyə verilib:

"Tibbi xidmətlərin əlçatanlığının artırılması ilə bağlı müvafiq tapşırıqlar icra olunur. Artıq tibbi xidmətlərin çeşidi də genişlənib. Əvvəllər dövlət tibb müəssisələrində ay ərzində icbari tibbi sığorta çərçivəsində 200-300 müraciət qeydə alınırdısa, indi bu rəqəm 2-3 min civarındadır". (Report)

Chosen
36
3
fed.az

4Sources