BAKI, 30 oktyabr. TELEQRAF
"Azərbaycanla birlikdə Qazaxıstan bazarına daxil ola biləcəkbirgə brend yaratmaq məqsədimiz var."
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın “Gaztrade” şirkətinin icraçı direktoru Aynur Amirbekova Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, təşkil edilən fəaliyyətlər — B2B görüşlər, hökumətlərarası məsləhətləşmələr və Biznes Şurası Forumu — artıq konkret ticarət müqavilələrinin imzalanmasına gətirib çıxarıb:
“Biz indi bu işi sistemli şəkildə davam etdirmək, birlikdə uzunmüddətli ticarət üzrə yol xəritəsi hazırlamaq və tərəfdaşlığı inkişaf etdirmək istəyirik.
Qarşılıqlı ticarət missiyaları və sərgilərin təşkilinəhazırıq. Bundan əlavə,e-ticarət kanallarında məhsulların tanıdılması istiqamətində də sıx əməkdaşlıq edirik. Milli brend jurnallarımız, Alibaba və G-Decor kimi platformalarda hesablarımız var.
 
                        