EN

Doqquz taekvandoçuya bir medal

Azərbaycan taekvando millisinin Çin Xalq Respublikasında keçirilən dünya çempionatındakı çıxışı yekunlaşıb.

İdman.Biz xəbər verir ki, komandamızın dayanqa son çıxan üzvü Cavad Ağayev (74 kq) olub. O, artıq ikinci döyüşdə – 1/16 final mərhələsində iranlı taekvondoçuya məğlub olub.

Beləliklə, yığmamız yarışda yalnız bir bürünc medal qazanmaqla çıxışını başa vurub. Bu uğura 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov imza atıb.

Xatırladaq ki, Azərbaycan milli komandasını baş məşqçi Məmməd Abdullayev rəhbərliyi altında bu yarışda doqquz idmançı təmsil edib: Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Təhmazov (63 kq), Riad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), Minayə Əkbərova (46 kq) və Səmarrux Osmanova (49 kq).

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə:
Chosen
14
1
idman.biz

2Sources