sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Taekvando millimizin Çin Xalq Respublikasında keçirilən dünya çempionatındakı çıxışı yekunlaşıb. Sport24.az xəbər verir ki, komandamızın dayanqa son çıxan üzvü Cavad Ağayev (74 kq) olub. O, artıq ikinci döyüşdə – 1/16 final mərhələsində iranlı taekvondoçuya məğlub olub.
Yığmamız yarışda yalnız bir bürünc medal qazanmaqla çıxışını başa vurub. Bu uğura 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi baş məşqçi Məmməd Abdullayev rəhbərliyi altında bu yarışda doqquz idmançı ilə təmsil olunub. Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Təhməzov (63 kq), Riad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), Minayə Əkbərova (46 kq) və Səmərrux Osmanova (49 kq).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.