EN

Qrossi: BAEA nın İranın nüvə silahı hazırlaması ilə bağlı heç bir məlumatı yoxdur

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə silahı hazırlamağa davam etməsi ilə bağlı heç bir məlumatı olmayıb və hazırda da yoxdur.

APA xəbər verir ki, bunu qurumun baş direktoru Rafael Qrossi BMT-nin qərargahında keçirilən mətbuat konfransında deyib.

"Onların nüvə silahı hazırlamağa davam etməsi ilə bağlı hər hansı bir məlumatımız varmı? Olmayıb və yoxdur, mən bu barədə tamamilə aydın olmaq istəyirəm", - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
apa.az

2Sources