“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salahın Səudiyyə Ərəbistanına keçidi yenidən gündəmdədir.
90deqiqe.Az “TBR Football”a istinadən xəbər verir ki, ərəb klublarından gələn təklif hələ də qüvvədədir. Misirli ulduza ildə təxminən 150 milyon funt-sterlinq (170 milyon avro) məbləğində maaş və Səudiyyə Ərəbistanı klublarından birində pay sahibi olmaq imkanı təklif olunur.
Hazırda 2025/2026 mövsümündə Salah “Liverpul”un heyətində 13 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
                        