EN

Salah yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfində

“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salahın Səudiyyə Ərəbistanına keçidi yenidən gündəmdədir.

90deqiqe.Az “TBR Football”a istinadən xəbər verir ki, ərəb klublarından gələn təklif hələ də qüvvədədir. Misirli ulduza ildə təxminən 150 milyon funt-sterlinq (170 milyon avro) məbləğində maaş və Səudiyyə Ərəbistanı klublarından birində pay sahibi olmaq imkanı təklif olunur.

Hazırda 2025/2026 mövsümündə Salah “Liverpul”un heyətində 13 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
50
90deqiqe.az

1Sources