BAKI, 29 oktyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununa rekord sayda bilet satılıb.
Teleqraf xəbər verir ki, Ağdam klubunun rəsmi saytına istinadən artıq 22 500 bilet satılıb. Hazırda biletlər məhdud sayda qalıb.
Standart biletlərin qiymətləri:
10, 15, 25, 35, 40, 50 və 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Biletlər yalnız iTicket.az saytından və mobil tətbiqi vasitəsilə əldə oluna bilər.
Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də, saat 21:45-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.