EN

“Altı ay əvvəl Rusiya Ukrayna münaqişəsinin heç bitməyəcəyini düşünürdüm” Vens

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ukraynadakı münaqişə ilə bağlı fikrini dəyişdiyini bildirib. 

525.az xəbər verir ki, bu barədə o, "The New York Post" (NYP) qəzetinə müsahibəsində deyib.

"Əgər təxminən altı ay əvvəl məndən soruşsaydınız, deyərdim ki, onlar arasındakı döyüşlər heç vaxt bitməyəcək", - amerikalı rəsmi bildirib.

Əlavə edib ki, döyüşlərin 15 ildən sonra da davam edəcəyi düşüncəsində olub. Lakin bir ay əvvəl o, hər iki tərəfin sülhə doğru inanılmaz irəliləyiş əldə etdiyi qənaətinə gəlib.

Vens bildirib ki, bildirib ki, Vaşinqton həm Rusiya, həm də Ukrayna ilə məhsuldar münasibətləri qorumağa çalışır, çünki münaqişəyə son qoymaqda maraqlıdır. O, həm ABŞ prezidenti Donald Trampın, həm də özünün bütün tərəflərlə çox yaxşı işgüzar münasibətləri olduğunu deyib.

Oktyabrın 27-də Tramp prezidentliyinin əvvəlindən bəri səkkiz qlobal münaqişəni həll etdiyini, Rusiya-Ukrayna qarşıdurmasının doqquzuncu münaqişə olacağına əminliyini ifadə edib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
525.az

1Sources