Ukraynanın Sum vilayətindən 12 uşaqdan ibarət yeni qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında paylaşım edib. "Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq", - səfir vurğulayıb. Qeyd edək ki, sonuncu dəfə 30 uşaq oktyabrın 27-də reabilitasiya məqsədilə Azərbaycana gətirilib.