Avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti Ali nümayəndəsi Kaya Kallas Ermənistanla Azərbaycan arasındakı sülh prosesi və regional sabitliyə toxunub.
APA “Armenpress”ə istinadən xəbər verir ki, o, bu barədə İrəvanda Avronest Parlament Assambleyasının 12-ci plenar sessiyasının iştirakçılarına müraciətində bildirib.
“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyirik və regiona davamlı sülhə, firavanlığa və inkişafa nail olmaq üçün açıq dəstək veririk”, - Kallas qeyd edib.
Kallasın sözlərinə görə, davam edən normallaşma prosesi görünməmiş iqtisadi imkanlar vəd edir.
 
                        