EN

Güllünün qızı anasının ölümündə ittiham olunur

Məşhur türkiyəli müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb.

Publika.az xəbər verir ki, ifaçının Yalovadakı evinin terrasından yıxılaraq həyatını itirməsi ilə bağlı Güllünün qızı Tuğyan Ülkəm Gülter barəsində qətl ittihamı ilə cinayət işi açılıb.

Gülterin anası haqqında "Bu qadın ölməlidir" sözlərini yazdığı "WhatsApp" mesajları məhkəməyə dəlil kimi təqdim edilib.

Tuğyan Ülkəm Gülter məhkəmədə ifadə verərək sözügedən mesajların ona məxsus olduğunu etiraf edib, lakin ittihamları qəti şəkildə rədd edib. O, mesajları anası ilə mübahisə zamanı əsəbi halda yazdığını bildirib:

"Bəli, o mesajları mən yazmışam. Amma mən anamı öldürmədim".

Chosen
36
8
publika.az

10Sources