“Sovetski”də 73 ədəd dövlət reyestrindən keçən tarixi-memarlıq abidəsi mövcuddur.
Bundan əlavə, 54 ədəd reyestrə düşməyən, lakin xarici görünüşü çox gözəl olan tarixi binaların saxlanılması nəzərdə tutulur.
Paralel.az xəbər verir ki , bunu Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, beləliklə, bu ərazidə 127 ədəd binanın qorunub saxlanılması təmin ediləcək:
“Bütün söküntü prosesi həyata keçirildikdən sonra bu binalar yenidən bərpa olunaraq Bakının gözəl bir güşəsinə çevriləcək”.