EN

AQTA ya bu ilin doqquz ayında pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması ilə bağlı 94 müraciət daxil olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki mühafizəsi, pestisidlərin idarə olunması və fitosanitar nəzarət sahəsində kompleks tədbirlər həyata keçirilib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması ilə bağlı agentliyə 94 müraciət daxil olub, onlardan 57 anbar üzrə rəy verilib, 37 anbar üzrə isə uyğunsuzluqlar aşkar edildiyindən rəy verilməsindən imtina olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, AQTA ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq çərçivəsində icra olunan “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi üzrə işlər uğurla davam etdirilir.

Qeyd edək ki, AQTA tərəfindən ötən il ərzində Ağstafa və Beyləqan rayonlarından 747, cari il ərzində isə Samux, Füzuli və İmişli rayonlarından 1351 ton istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq qatının daşınması və “Cəngi pestisid poliqonu”nda yerləşdirilməsi təmin olunub.

Eyni zamanda, müvafiq nazirliklərin nümayəndələrinin iştirakı ilə ölkə üzrə pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması və satışı ilə məşğul olan 278 obyektə baxış keçirilib. Monitorinqlər nəticəsində qanunvericilik tələblərinin pozulduğu müəssisələrdə fitosanitar nəzarət tədbirləri həyata keçirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara müvafiq təlimatlar verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
2
azertag.az

3Sources