UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxıb.
Fanat.Az-ın məlumatına görə, satış saat 15:00-da başlayıb.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:45-də səsləndiriləcək.