Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludluolacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəziyerlərdə yağış yağacağı gözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, güclü şimal qərb küləyi günün ikinci yarısındamülayimləşəcək.
Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq.Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkiledəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysanxarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəziyerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabirgüclənəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5,gündüz 5-9 dərəcə isti olacaq.