Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda bu səhər faciəvi hadisə baş verib.
 Güzeller adlı məhəllədə yerləşən 6 mərtəbəli bina naməlum səbəbdən qəfil çöküb.
Hadisə yerinə AFAD, xilasetmə və yanğınsöndürmə qrupları cəlb olunub. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Gebze Bələdiyyə Başçısı Zinnur Büyükgöz hadisə ilə bağlı açıqlama verib:
"Dağıntıların altında yeddi nəfər var. Onların vəziyyəti barədə hələlik heç bir məlumatımız yoxdur," - deyə Büyükgöz bildirib.
Hazırda əraziyə təcili tibbi yardım briqadaları və polis əməkdaşları da yönləndirilib. 

.png)
.png)
 
                        