10:39 29.10.2025 
  10:39 29.10.2025 
  Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:00 radələrində Xəzər rayonunun Binə qəsəbəsində “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut avtobusu yanıb.
 
 BMC markalı nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.
Mynews.az xəbər verir ki, hadisə zamanı avtobusda sərnişin olmayıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, avtobusun yanar hissələri yanıb, lakin ətraf ərazi yanğından qorunub.
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sərnişin avtobusunun yanmasının anbaan videosunu sizə təqdim edirik:
 
                        