Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:00 radələrində Xəzər rayonunun Binə qəsəbəsində “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut avtobusu yanıb.
 
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Bakıda sərnişin avtobusu yanaraq KÜL OLDU – VİDEO
BMC markalı nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.
Paralel.az xəbər verir ki , hadisə zamanı avtobusda sərnişin olmayıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, avtobusun yanar hissələri yanıb, lakin ətraf ərazi yanğından qorunub.
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sərnişin avtobusunun yanmasının anbaan videosunu sizə təqdim edirik:
 
                        