EN

“Qarabağ”ın oyununun yeri dəyişdirildi – “Çelsi”yə görə

“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqanın X turunda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə XX turda baş tutacaq “Qarabağ” – “İmişli” matçının yerinin dəyişdirilməsini istəyib.

“Köhlən atlar” UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları “Çelsi” ilə oyuna daha yaxşı hazırlaşmaq üçün bu addımı atıblar. “Qarabağ”ın rəsmi müraciətini və “İmişli”nin razılığını nəzərə alan PFL Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliyə razı olub.

Belə ki, X turda tərəflər “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Matç oktyabrın 31-də, saat 17:00-da start götürəcək.

Chosen
44
13
msport.az

10Sources