AZ

"Qarabağ" PFL-ə müraciət etdi - səbəb

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının liqa mərhələsinin “Çelsi” ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə Misli premyer-liqasının 10-cu turunda keçiriləcək “İmişli” – “Qarabağ” matçı ilə 20-ci turdabaş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.

Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, 10-cu turdakomandalar “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17.00-da start götürəcək. 20-ci turun görüşüisə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

Seçilən
32
25
football-plus.az

10Mənbələr