EN

Aleksandr Lukaşenko: Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə cavab tədbiridir

Kiyev, 28 oktyabr, AZƏRTAC

Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavab tədbiridir.

AZƏRTAC “Belta” agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında bildirib.

“Bu silahın Belarusda yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavabdan başqa bir şey deyil. Xahiş edirəm, bundan uzaqlaşaq və “Oreşnik” haqqında söhbətlər kəsilsin. Lakin, onlar bunu istəmirlər. Biz heç kimi təhdid etmirik, sadəcə öz təhlükəsizliyimizi təmin edirik. Üstəlik, biz həmişə konstruktiv dialoqa və gərginliyin azaldılması üçün qarşılıqlı addımlara açığıq. Əgər Qərbdəki tərəfdaşlarımız buna hazırdırsa, nə biz, nə də Rusiya borclu qalmayacağıq!” - deyə Belarus lideri bildirib.

Dövlət başçısı qeyd edib ki, Belarusda “Oreşnik” orta mənzilli raket sisteminin yerləşdirilməsi ayrı-ayrı azğın siyasətçiləri narahat edən məsələdir. “Heç bir təcavüzkarlıq olmayacaq!” - deyə prezident əmin edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Киев

 

Chosen
58
2
azertag.az

4Sources