Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavab tədbiridir.
Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında deyib.
“Bu silahın Belarusda yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavabdan başqa bir şey deyil. Xahiş edirəm, bundan uzaqlaşaq və “Oreşnik” haqqında söhbətlər kəsilsin. Lakin onlar bunu istəmirlər. Biz heç kimi təhdid etmirik, sadəcə öz təhlükəsizliyimizi təmin edirik. Üstəlik, biz həmişə konstruktiv dialoqa və gərginliyin azaldılması üçün qarşılıqlı addımlara açığıq. Əgər Qərbdəki tərəfdaşlarımız buna hazırdırsa, nə biz borclu qalacağıq, nə də Rusiya!” - deyə Lukaşenko qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        