Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“ABŞ müharibələrə qarışmaqdan çəkinmək istəyir, amma məcbur edilsə, asanlıqla qalib gələcək”
“ABŞ müharibələrə qarışmaqdan çəkinmək istəyir, amma məcbur edilsə, asanlıqla qalib gələcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tokioda, Kanagava prefekturasındakı Yokosuka Hərbi Dəniz Qüvvələri Stansiyasında yerləşən nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi olan “USS George Washington”da Amerika hərbçilərinə müraciət edərkən bildirib.
"Bundan sonra müharibəyə getsək, heç kimin etmədiyi kimi qalib gələcəyik. Bilirsiniz, müharibəyə getsək, ölkələri bombalayacağıq. Əlbəttə ki, müharibəyə getməmək daha yaxşıdır. Amma bilirsiniz, müharibəyə getsək, qalib gələcəyik", - deyə o bildirib.
Tramp bu ritorikanın "siyasi cəhətdən səhv" olduğunu etiraf edib, lakin bundan sonra "ABŞ-ın müdafiəsi ilə bağlı bütün məsələlərdə siyasi cəhətdən düzgün olmayan ritorikadan istifadə” edəcəyini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.