Türkiyə futbolundakı hakim skandalı böyüyür.
Offsideplus.az xəbər verir ki, referilərin yaxınları və qohumları da araşdırılacaq. Eyni zamanda aktiv 3000 futbolçu da istintaq cəlb olunacaq.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, ötən gün Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu son 5 ildə 571 professional futbol hakiminin mərc oynadığını açıqlamışdı.