AZ

Oyunçular da istintaqa cəlb edilir Türkiyədə qalmaqal

ain.az bildirir, Metbuat portalına istinadən.

İstanbul Baş Prokurorluğu mərc araşdırması ilə bağlı təkcə hakimlər deyil, onların qohumları, futbolçular və məşqçilər barədə də araşdırma aparacaq.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırma Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun peşəkar liqalarda oyunları idarə edən 571 aktiv hakimdən 371-nin mərc hesabı olduğunu və 152-nin aktiv mərc etdiyini açıqlamasından sonra başlayıb. Məlumata görə, İstanbul Baş Prokurorluğunun araşdıracağı siyahıda bir çox futbolçunun olduğu irəli sürülüb.

Qeyd edək ki, Türkiyə futbolunda mərc iddiaları TFF 2-ci Liqasının 2023-2024 mövsümündə oynanılan “Sincan Bələdiyyəsi Ankaraspor” - “Nazilli Bələdiyyəspor” matçından sonra gündəmə gəlmişdi. Sözügedən matç həm qolsuz, həm də qapıya zərbə endirilmədən başa çatmışdı. “Nazilli Bələdiyyəspor” isə 2-ci Liqada qalmağı təmin etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
metbuat.az

4Mənbələr