Dünən saat 18 radələrində Qəbələ rayonunun Bunud kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, İslam İsbəndiyarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu