AZ

Qəbələdə avtomobil piyadanı vurub: 59 yaşlı qadın hadisə yerində ölüb

Qəbələ, 28 oktyabr, AZƏRTAC

Qəbələ rayonunun Bunud kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini İslam İsbəndiyarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub. Qəza nəticəsində qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Seçilən
22
4
azertag.az

10Mənbələr