EN

Braziliyada körpəni diri diri tabuta qoyub basdırmaq istədilər

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Braziliyada körpə bir oğlan öz dəfn mərasimində canlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Metropoles.com məlumat yayıb.

Nəşrin məlumatına görə, körpə hamiləliyin 24-cü həftəsində dünyaya gəlib. Həkimlər körpənin öldüyü qənaətinə gəlib və cəsədi dəfn üçün ailəsinə təhvil veriblər.

Dəfn mərasimi zamanı qohumlarından biri yeni doğulmuş uşağın tabutunu açıb və oğlanın ağladığını görüb.

Uşaq dərhal xəstəxanaya aparılıb və vəziyyəti kritik qiymətləndirilib. O, bir müddət Reanimasiya şöbəsində qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra prokurorluq araşdırma başladıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
103
oxu.az

1Sources