Sabiq futbolçu Ueyn Runi “Arsenal”ın baş məşqçisi Mikel Artetanın istefaya göndərilmə ehtimalı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 40 yaşlı keçmiş futbolçusu “The Wayne Rooney Show” podkastında bildirib:
“Arsenal"ın heyəti kifayət qədər güclüdür və komandada təcrübə var ki, onları zirvəyə yaxınlaşdırıb. İndi isə onlar qələbəyə hazırdır. Əgər bu mövsüm Premyer Liqanı qazanmaları mümkün olmasa, yəqin ki, baş məşqçinin vəzifəsi dəyişəcək”.
Hazırda “Arsenal” Premyer Liqada 22 xalla liderdir. İkinci pillədəki “Bornmut” isə “kanonirlərdən” dörd xal geri qalır. Növbəti turda “Arsenal” səfərdə “Bërnli” ilə qarşılaşacaq.