EN

Bublik Paris Mastersin ikinci turuna yüksəldi

Dünya reytinqində 16-cı pillədə qərarlaşan Qazaxıstan tennisçisi Aleksandr Bublik Paris Masters turnirinin ikinci turuna vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, birinci turda Bublik Avstraliyanın 47-ci reytinqdə olan tennisçisi Aleksey Popirini 6:4, 6:3 hesabı ilə məğlub edib.

Oyun 1 saat 14 dəqiqə davam edib. 

İkinci turda Aleksandr Bublik Fransa tennisçisi Korenten Mütə və ya ABŞ-dan Rayli Opelka (LL) arasında qalib gələnlə üz-üzə gələcək.

Chosen
34
90deqiqe.az

1Sources