EN

Qvadelupada 6,5 bal gücündə zəlzələ baş verib

Qvadelupada 6,5 bal gücündə zəlzələ baş verib

Karib adalarında yerləşən Qvadelupa yaxınlığında 6,5 bal gücündə zəlzələ qeydə alınıb. Səhər saatlarında baş verən güclü təkanlardan sonra 6 və 5,4 bal gücündə daha iki zəlzələ müşahidə olunub. İlkin məlumatlara görə, hadisə nəticəsində heç bir insan tələfatı və ciddi dağıntı qeydə alınmayıb.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) açıqlamasında bildirib ki, Qvadelupa adasından təxminən 162 kilometr qərbdə yerli vaxtla saat 08:38-də zəlzələ baş verib.

USGS əlavə edib ki, adanın açıqlarında qeydə alınan 6,5 bal gücündəki əsas təkanlardan sonra 6 və 5,4 bal gücündə iki əlavə zəlzələ də baş verib.

Kariblərin şərqindəki digər adalarda da hiss olunan zəlzələ ilə bağlı heç bir insan itkisi və ya dağıntı barədə məlumat verilməyib.

Chosen
46
afn.az

1Sources