EN

Ölkələr razılaşdı

Cənubi Koreya və Malayziya azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Cənubi Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, tərəflər Kuala Lumpurda azad ticarət sazişi üzrə danışıqların yekunlaşdığını təsdiqləyən birgə bəyanat imzalayıblar. 

Bu saziş Cənubi Koreya üçün 27-ci azad ticarət razılaşması olacaq. Nazirlik əlavə edib ki, danışıqların başa çatmasından sonra hökumət rəsmi imza üçün tələb olunan prosedurları – dövlət dilinə tərcümə və hüquqi yoxlamalar daxil olmaqla – sürətlə tamamlamayı planlaşdırır.  Rəsmi imzadan sonra sazişin qüvvəyə minməsi üçün ratifikasiya da daxil olmaqla digər prosedurlarda da hökumət dəstək göstərəcək. 

Chosen
87
cebheinfo.az

1Sources