EN

Tramp: “Kim Çen Inla görüşməkdən məmnun olaram”

ABŞ prezidenti Donald Tramp Yaponiyaya uçuşu zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Asiya səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşməkdən məmnun olardı.

Editor.az xəbər verir ki, Trampın çıxışı Ağ Evin “YouTube” kanalında yayımlanıb.

“Bu barədə danışmamışam, heç nə deməmişəm, amma Kim Çen In görüşmək istəsə, mən buna məmnuniyyətlə razı olaram. Onunla uzunmüddətli və yaxşı münasibətimiz var. Mən onu sevirəm, o da məni sevir”, – Tramp bildirib.

ABŞ lideri jurnalistlərlə söhbətində həmçinin Şimali Koreya rəhbəri ilə Cənubi Koreyada görüşmək arzusunda olduğunu qeyd edib. Ağ Ev rəsmilərinin məlumatına görə, prezident Asiya səfəri çərçivəsində Kim Çen Inla görüşün mümkünlüyünü də nəzərdən keçirir. Lakin bu görüşün baş tutub-tutmayacağı barədə hələlik dəqiq qərar verilməyib.

Trampın sözlərinə görə, mümkün görüş zamanı ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların da müzakirə olunması planlaşdırılır.

Qeyd edək ki, ABŞ prezidenti oktyabrın 25-də Asiya turu çərçivəsində Kim Çen Inla növbəti görüşün keçirilməsinə hazır olduğunu bəyan etmişdi.

// Gülnarə Abasova, Editor.az

Chosen
49
editor.az

1Sources